Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin sayı 0,6% artaraq 2019-cu il oktyabrın 1-nə 10 mln. 44,466 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Bu dövrdə ölkə üzrə 104,702 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,1 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 2,454 mini əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.
Yanvar-sentyabr aylarında 42,017 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,7 (2018-ci ilin 9 ayı ərzində 5,9) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 46,898 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 2% - İF) və 12,713 min boşanma halı (artım 14,5%) qeydə alınıb.
Yanvar-sentyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,52 min nəfər gələn və 1,196 min nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət