2020-ci ildə Azərbaycanda Qazaxıstan Səhiyyəsi günləri keçirilə bilər.
"Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın oktyabr ayında Bakıda keçirilən iclasında Qazaxıstan tərəfi 2020-ci ildə ölkəmizdə Səhiyyə günlərinin keçirilməsini təklif edib", - deyə Azərbaycan hökumətindən "İnterfaks-Azərbaycan" agentliyinə bildirilib.
Komissiyanın iclasında Qazaxıstan Azərbaycana tibbi turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib.
"Qazaxıstan tərəfi Azərbaycan vətəndaşlarına ürək cərrahiyyəsi, neyrocərrahiyyə, onkoloji cərrahiyyə, travmatologiya və ortopediya sahələrində yüksək texnoloji tibbi yardım göstərilməklə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib", - deyə məlumatda vurğulanır.
Bundan başqa, iclasda səhiyyənin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsinin aparılması, tibb təşkilatlarının milli akkreditasiya sisteminin tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi, habelə tibbi texnologiyaların qiymətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qazaxıstanlı həmkarlar, həmçinin köməkçi reproduktiv texnologiyalar, tibbi kadrların təlimi və tibb işçilərinin ixtisasının artırılması məsələlərinə də toxunublar.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət