Azərbaycan 25 il ərzində neft-qaz layihələrinin reallaşdırılmasından $146 milyard gəlir əldə edib. Bu barədə energetika naziri Pərviz Şahbazov Vaşinqtonda keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxışı zamanı bildirib.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib.
ABŞ ilə münasibətlərdə enerji sektorunun həmişə strateji əhəmiyyət daşıdığını vurğulayan P.Şahbazov bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub. “Qlobal enerji təhlükəsizlik layihəsi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Prezident Donald Trampın da ifadə etdiyi kimi enerji sahəsində əməkdaşlığımızın zirvəsidir. Gələn il “Cənub Qaz Dəhlizi”nin tam işə düşməsi ilə birgə əməkdaşlığımızın daha bir uğuruna nail olacağıq”, - deyə o əlavə edib.
“Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbir Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ enerji katibinin muavini Mark Menezes, digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri və enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 milyarddır.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət