2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 2,9 milyon turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 11,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövür ilə müqayisədə 11,1% - 2,9 milyon nəfərə qədər artıb. RF-dən gələn turistlərin xüsusi çəkisi 29,9% (866,6 min turist), Gürcüstandan – 22,9% (661,4 min turist), Yaxın Şərq ölkələrindən – 11,5% (332,1%), Türkiyədən – 10% (289,1 min turist), İrandan – 8.1% (235,2 min turist), Mərkəzi Asiya ölkələrindən – 4,16% (120,9 min turist), Cənubi Asiya ölkələrindən – 3,7% (107,2 min turist) təşkil edib”, - DTA-dan qeyd ediblər.
Eyni zamanda, hesabat dövrü ərzində Rusiyadan gələn turistlərin sayında artım 6%, Gürcüstandan – 20,2%, Türkiyədən – 8,3%, İrandan – 3,7% təşkil edib.
Hesabat dövrü ərzində Cənubi Asiya ölkələri arasında Hindistandan 67,7% - 59 min nəfərə qədər, Pakistandan 12,2% - 42 min nəfərdək artım qeydə alınıb.
DTA Mərkəzi Asiya ölkələri arasında Türkmənistandan turistlərin sayında 91,9% - 49 min nəfərədək, Qazaxıstandan – 24,5% - 43 min nəfərədək artım qeyd edir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət