Azərbaycan prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” qanununda dəyişiklikləri təsdiq edib.
Düzəlişlərin mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Qanuna dəyişikliklərə əssaən, İTS üzrə sığorta haqlarının yığımı 2020-ci il aprelin 1-dən başlanacaq. Dövlət büdcəsindən vəsaitin yığımı, həmçinin spirtli içki, energetik içki və tütün məmulatları istehsdalçılarından daxilolmalar istisna təşkil edəcək. Bu qruplar üzrə İTS üzrə sığorta haqlarının yığımı 2020-ci il yanvarın 1-dən başlanacaq.
Düzəlişlərə əsasən, 2020-ci ildə özəl və qeyri-neft sektorunun nümayəndələri 8 min manatı ötməyən əmək haqqının 1%-ni ödəməlidirlər. 2021-ci ildə bu kateqoriya üşün aylrmalar artıq 2% təşkil edəcək. Eyni zamanda, 2020-ci ildə işəgötürənlər işçiyə görə əmək haqqı fondundan 1% və 2021-ci ildə - 2%-ni ödəməlidirlər. Bundan başqa, 8 min manatdan çox olan əmək haqqının bir hissəsindən əlavə olaraq 0,5% tutulacaq.
18 yaşına çatmayan, həmçinin təhsil alan və 23 yaşına çatmayan, pensiyaçılar, ünvanlı sosial yardım alan şəxsıər, hamilə qadınlar, qaçqınlar, o cümlədən əcnəbilər və vətəndaşlığı olamayan şəxslər üçün xidmətlər paketinin məbləği illik 90 manat təşkil edəcək və dövlət büdcəsindən ödəniləcək.
Vergi uçotuna alınan fiziki şəxslər üçün İTS üzrə xidmətər paketinin məbləği minimum əmək haqqının 4%-ni təşkil edəcək (hazırda 300 manat təşkil edir - İF). Mülki-hüquqi müqavilələr əsasında işlər və xidmətlər göstərən fiziki şəxslər İTS xidmətıər paketi əldə etmək üçün 8 min manatadək gəlirin 2%-ni və 8 min manatdan çox olan gəlirin bir hissəinin 1%-ni ödəməlidir.
Digər şəxslər 2023-cü ildən etibarən minimum əmək haqqının 48%-ni ödəməli olacaqlar.
Sığorta haqqları aylıq hesablanacaq və onları gələn ayın 15-dən gec olmayaraq ödəmək lazımdır.
O cümlədən, dəyişikliklər sığorta olunan şəxsin ərazi üzrə olmayan tibb müəssisəsinə müraciəti hallarında əlavə ödənişlər Bütövlükdə, sığorta olunanlar ərazi prinsipi üzrə tibb müəssisələrinə müraciət etməlidirlər.
Ümumilikdə, dəyişikliklər baza və əlavə xidmətlər paketi anşayışının ləğv olunması və vahid xidmətlər paketinin tətbiqini nəzərdə tutur. Bundan əlavə, birgəı maliyyələşdirmə məbləği anlayışı daxil edilir – İTS tərəfindən ödəməyə daxil olmayan və sığorta olunanın ödənişinin zərərinin bir hissəsi.
Sığorta olunanların siyahısına qaçqınlar, həmçinin BMT-nin qaçqınlar üzrə Ali komissarının Nümayəndələyinin himayəsinə götürülən vətəndaşlığı olmayan əcnəbi şəxslər daxil edilib.
Bundan başqa, qanunda düzəlişlər İTS sisteminin əhatə etmədiyi şəxslərin siyahısını müəyyən edir. Bu kateqoriyaya hərbi xidmət keçənlər, istintaq altında olanlar, məhbuslar, həmçinin Azərbaycanmın Miqrasiya Məcəlləsinə uyğun olaraq müvəqqəti ölkədə olan və ya yaşayan şəxslər daxildir.
Vətəndaşların İTS xidmətləri üçün müraciəti zamanı özlərinin tibb müəssisəsi və həkim seçmək hüququna dair dəyişklik daxil edilib.
İTS-nin maliyyələşdirilməsi məqsədilə 2020-ci ildə dövlət büdcəsindən 900 milyon manat ayrılacaq, əməkdaşlardan və işəgötürənlərdən 229 milyon manat məbləğində daxilolmalar gözlənilir, daha 185 milyon manat digər mənbələrdən daxil olacaq.
2020-ci ildə icbari tibbi sığorta sisteminin Azərbaycan ərazisində tam tətbiqi planlaşdırılır. Tətbiq 4 mərhəldə həyata keçiriləcək. Hər bir mərhələ gələn ilin müvafiq rübündə reallaşdırılacaq. İcbari tibbi sığorta I mərhələdə şimal hissəsi üzrə 20 rayon, II mərhələdə qərb bölgəsi üzrə 17 rayon, III mərhələdə cənub bölgəsində 14 rayon, IV mərhələdə isə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda tam tətbiq olunacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət