Çərşənbə axşamı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə missiyasını rəsmi olaraq açıq elan edib. Bu barədə təşkilatın saytında məlumat verilir.
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
“Missiya Azərbaycan hökumətinin rəsmi dəvəti ilə həyata keçiriləcək. Müşahidə missiyasına səfir Piter Teyler rəhbərlik edir. Missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir. DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək”, - məlumatda qeyd olunur.
Missiya seçkilərin ATƏT-in və digər beynəlxalq standartlara uyğunluğu, seçki prosesində milli qanunverciliyin riayət olunmasının qiymətləndirilməsini həyata keçirəcək. “Müşahidəçilər namizədlərin qeydiyyatını, təşviqat işlərini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işini, hüquqi bazanın tətbiqini və seçki mübahisələrinin həllini müşahidə edəcək. O cümlədən, müşahidə çərçivəsində missiya KİV-də kampaniyaların aparılmasını monitorinq edəcək”, - məlumatda vurğulanır.
Seçki günü DTİHB missiyası ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri ilə birlikdə seçki məntəqələrinin açılmasını, səsverməni, səslərin sayılmasını və onlara yekun vurulmasını müşahidə edəcək.
“Seçkidən bir gün sonra ilkin nəticə və rəy dərc olunacaq. Bütün seçki prosesinin nəticələrinin və tövsiyələrin yer alacağı yekun hesabat isə seçki prosesinin bitməsindən təxminən iki ay sonra dərc olunacaq”, - ATƏT DTİHB qeyd edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət