2019-cu ildə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $66,79 təşkil edib. Bu barədə SOCAR-ın (ARDNŞ) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“2019-cu ildə dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə, “Azeri Light” nefti 2018-cu illə müqayisədə 9% aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə “Azeri Light”ın bir barrelinin orta satış qiyməti $73,3, 2019-cu ildə - $66,79 təşkil edib”, - Əhmədov qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ildə “Azeri Light”ın bir barrelinin qiymətinin pik həddi aprel ayında $77,23 səviyyəsinə çatıb. İl ərzində ən aşağı qiymət həddi yanvarda $56,34 olub.
“Hazırda “Azeri Light” neftinin bir barrelinin qiyməti $70 səviyyəsindədir. Neftin qiyməti dünya bazarlarının tələb-təklif dinamikasından və alıcıların gözləntilərindən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə “Azer Light” neftinin qiyməti də dəyişir. “Azeri Light” yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə, adətən “Brent” markalı neftə nisbətən premiya ilə satılır və hazırda “Brent”dən $2,25 bahadır”, - Əhmədov məlumat verib.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Bu müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölünür.
Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət