Azərbaycan regional təhlükəsizlik və sabitliyin təmin olunmasında maraqlıdır. Bunu prezident İlham Əliyev deyib.
“Ərazilərimizin 20%-i Ermənistan tərəfindən işğal olunub, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn pozulmasıdır. Bu, daimi təhdid mənbəyidir. İran ilə ABŞ arasında münasibətlərdə gərginliyin artdığını görürük, əlbəttə ki, regionda bizi narahat edən digər qaynar nöqtələr də var. Buna görə təhlükəsizlik, sərhədlərimizdən kənarda vəziyyətin proqnozlaşdırılmasında maraqlıyıq, çünki hətta Azərbaycandan kənarda iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir göstərə bilər”, - Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən regionda qeyri-sabitlik ən çox Azərbaycanı narahat edir.
Prezident hesab edir ki, mövcud vəziyyət nəzərə alınaraq əsas vəzifə regional təhlükəsizliyin təminatıdır. “Əfsuslar olsun ki, biz buna (...) cavabdeh deyilik və bu prosesə təsir edə bilmərik, zərif sabitliyin pozulmamasına görə məsuliyyət superdövlətlərin üzərinə düşür”, - o qeyd edib.
Əliyev əlavə edib ki, Azərbaycanda daxili siyasi vəziyyət sabitdir. “Azərbaycanda daxili risklər yoxdur: nə siyasi, nə iqtisadi. Ölkə stabildir, inkişaf davamlıdır, vətəndaşlarımız üçün yeni imkanlar yaradacaq geniş islahatlar proqramı həyata keçirilir”, - Azərbaycan prezidenti deyib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət