İslahatların davam etdirilməsi Azərbaycana yenidən beynəlxalq reytinq agentliklərindən investisiya reytinqləri almağa imkan verəcək. Mərkəzi Bankın sədri Elman Rüstəmov belə hesab edir.
“Keçən il biz bu istiqamətdə böyük işlər görmüşük, amma hələ də islahatları davam etdirməli olduğumuz sahələr var. Düşünürəm ki, göstəricilərimizin əksəriyyəti lazımi səviyyədədir və yaxın zamanlarda Azərbaycan investisiya reytinqlərini bərpa edəcək", - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
AMB rəhbərinin sözlərinə görə, hazırda Azərbaycanda sabit və dayanıqlı makroiqtisadi vəziyyət hökm sürür, xarici borcun səviyyəsi aşağıdır, böyük həcmdə strateji valyuta ehtiyatları mövcuddur.
Mövcud çatışmazlıqlara gəlincə, E.Rüstəmovun sözlərinə görə, əsas bank sistemidir. “Biz artıq bu istiqamətdə işlərə başlamışıq və ilin birinci yarısında onları başa çatdırmaq niyyətindəyik. Ancaq reytinq agentliklərinin müəyyən qərəzliliyini də qeyd etmək lazımdır, onlar bəzən oyunun gedişinə görə qaydaları dəyişdirirlər", - deyə sədr əlavə edib.
Hazırda üç aparıcı reytinq agentliyinin Azərbaycan üçün müəyyən etdiyi kredit reytinqi "BB +" səviyyəsində, proqnoz isə "stabil"dir. Azərbaycan hökumətinin üzvləri dəfələrlə bu reytinqlə razılaşmadıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycanın reytinqləri investisiya səviyyəsində olmalıdır, çünki ölkə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən 2015-ci ildə manatın devalvasiyası ilə əlaqədar yaranmış problemlərdən sonra öz mövqeyini bərpa edib.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 17 yanvar 2020-ci il tarixində Azərbaycanın emintentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB +” səviyyəsində təsdiqləyərək proqnozu “stabil” saxlayıb.
2020-ci il yanvarın 24-də “S&P Global Ratings” agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "BB + / B" səviyyəsində təsdiqləyib, proqnozu isə “stabil” saxlayıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət