SOCAR (ARDNŞ) və Britaniyanın BP şirkətləri Özbəkistanda investisiya blokları üzrə pay bölgüsü haqqında saziş (PSA) imzalaya bilər . Bu barədə Özbəkistan Energetika Nazirliyi məlumat verir.
Çərşənbə axşamı nazir Alişer Sultanov Böyük Britaniyanın Özbəkistandakı səfiri Timoti Axil ilə görüş keçirərək bu ölkənin şirkətləri və təşkilatlarının iştirakı ilə neft-qaz sahəsində investisiya layihələrinin reallaşdırlmasının gedişatını müzakirə edib.
“Hazırda özbək mütəxəssislər BP və SOCAR ilə birgə Aralamor, Samsk-Kosbulaq və Bayterek investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənirlər. Fevralda həmin bloklar üzrə PSA sazişinin əsas şərtlərinin müzakirəsi məqsədilə SOCAR və BP-nin mütəxəssislərinin Özbəkistana səfəri planlaşdırılır”, - məlumatda deyilir.
Nazirlik xatırladır ki, 2018-ci ilin may ayında BP Exploration, SOCAR və “Uzbekneftqaz” arasında qarşılıqlı anlaşma memorandumu, 2019-cu ilin may ayında isə Üstyurd regionunda 3 investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi məqsədilə birgə tədqiqatlara dair saziş imzalanıb. “Ötən dövr ərzində Energetika Nazirliyi, BP, SOCAR və “Uzbekneftqaz”ın mütəxəssislərinin iştirakı ilə bir sıra işgüzar görüşlər keçirilib və bir sıra mərhələli razılıqlar əldə olunub”, - məlumatda qeyd edilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət