Azərbaycanın sığorta bazarında vəziyyət ümumilikdə sabitdir, lakin bəzi nöqtə kimi problemlər ola bilər. Azərbaycan Mərkəzi Bankın sədri Elam Rüstəmov belə hesab edir.
“Hələlik sığorta sektorunda qiymətləndirmə aparmamışıq, lakin yaxın zamanda bunu etməyi planlaşdırırıq. Bütövlükdə, sığorta sektorunda sabitlik müşahidə olunur, amma nöqtə şəklində problemlərin olması mümkündür”, - Rüstəmov bazar günü jurnalistlərə bildirib.
AMB-nin sədri qeyd edib ki, 2020-ci ildə əsas hədəf sığorta bazarının canlandırılmasıdır.
“2020-ci ildə sığorta bazarının canlandırılmasına çalışacağıq. Sığorta sektorunun həm biznes, həm əhalinin risklərini əhatə etməsi üçün işləyəcəyik. Bu, bazarın inkişafı və risklərin azalmasına səbəb olacaq. Hökumət tərəfindən qarşıya qoyulan əsas şərt ondan ibarətdir ki, sığorta şirkətləri problemləri müstəqil olaraq həll etsinlər, dövlətin üzərinə qoymasınlar”, - Rüstəmov əlavə edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət