Nazirlər Kabineti Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentləri üçün elektron-hesablayıcı qurğuların, hissə və ləvazimatların idxalını gömrük rüsumundan azad edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
“Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentləri üçün elektron-hesablayıcı qurğuların, hissə və ləvazimatların idxalını gömrük rüsumundan azad edilməsi haqqında qərar 2020-ci il martın 30-da qüvvəyə minir”, - Nazirlər Kabinetindən bildirilir.
Hazırda bu malların idxalı üçün ğömrük rüsumunun dərəcəsi 5% təşkil edir.
Nazirlər Kabinetinin qərarı hesablayıcı maşınların digər qurğuları, məlumatların işlənilməsi blokları, klaviaturalar, hesablayıcı maşınlar və onların blokları, yaddaş qurğuları, monitorlar, elektron inteqral sxemləri əhatə edəcək.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin fevral ayında Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb. Mingəçevir Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə yaradılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət