SOCAR şirkəti (ARDNŞ) 5-6 mart tarixlərində Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.
“İlkin olaraq, ilk neft tankerinin martın 20-də Supsa limanından göndərilməsi üzrə saziş imzalanıb. Lakin, sonra “Belneftexim” ilə 5-6 mart tarixlərində Türkiyənin Ceyhan terminalından ilk tanker partiyasının nəqlinə dair razılıq əldə olunub”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O dəqiqləşdirib ki, martın 20-də Supsa limanından “Belneftexim” konserni üçün Azərbaycan nefti ilə ikinci tanker partiyası göndəriləcək.
Hər partiyanın həcmi 85 min ton təşkil edir.
Öncə Əhmədov məlumat verib ki, SOCAR ilə “Belneftexim” arasında bir tanker patiyanın nəqlinə dair razılıq əldə olunub, ikinci partiya ilə bağlı danışıqlar aparılır.
Konsernin mətbuat katibi Aleksandr Tişenko “İnterfaks-Qərb” agentliyinə bildirib ki, “Belneftexim” SOCAR ilə ümumi həcmi 160 min ton neft olan iki tankerin çatdırılmasına dair sövdələşmə bağlayıb.
“Mart ayında Ukrayna ərazisindən Odessa-Brodı neft kəməri ilə neftin nəqlinə başlanılacaq. SOCAR ilə ümumi həcmi 160 min ton neft olan iki tankerin nəqlinə dair sövdələşməni təsdiq etdik”, - deyə A.Tişenko əlavə edib.
Fevraln 25-dəv “Belneftexim” konserninin sədr müavini Vladimir Sizov məlumat verib ki, mart ayında Odessa-Brodı neft kəməri ilə Belarus NEZ-lərə neft nəqlinə başlanacaq.
“Yaxın zamanda, martda Odessa-Brodı ilə nəqlə başlanacaq. Həcm – bir neçə tankerdir. Hazırda cənub marşrutundan istifadə olunmaqla alternativ neftin alışı üzrə işlər aparılır, Ukrayna ərazisində boru kəməri infrastrukturu (Odessa-Brodı neft kəməri - İF) ən qənaətli, sürətli və etibarlı nəqliyyat kimi istifadə olunur”, - Sizov bildirib.
Yanvarın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkə Rusiyadan gətirilən neftin bütün tələbatın 30-40% təşkil etməsinə çalışacaq. Neftin 30%-i üzrə isə Belarus Baltik ölkələri və Ukrayna vasitəsilə idxal etməlidir.
Ötən il Belarus Rusiyadan boru kəməri nəqliyyatı ilə 17,6 milyon ton və dəmir yolu ilə 400 min ton neft idxal edib, bu da indikativ balansa uyğundur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət