"VTB Bank (Azerbaijan)" ASC 2019-cu ildə müştəri bazasının artdığını qeyd edir.
“Ötən il bankın fəal müştərilərinin sayı 10%-dən çox artıb. Korporativ biznes seqmentində daha fəal dinamika qeyd olunur, burada artım 17% təşkil edib”, - bankın İdarə Heyətinin sədri Yevgeni Kirin çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən ilin yekunları üzrə bank həmçinin plastik kartların sayının və internet-bankinq istifadəçilərinin sayının artımına nail olub.
“Həmçinin plastik kartların emissiyasının artmasını qeyd etmək istərdim. Burada əsas artım pərakəndə biznesdə müşahidfə olunub, buna baxmayaraq, korporativ biznes üçün məhsullarda müəyyən dəyişikliklər həyata keçirəcəyik və bu prosesi 2020-ci ildə də davam etdirəcəyik. Ötən ilin yekunları üzrə kartların emissiyası 45%, internet-bankinq istifadəçilərimizin sayı isə - 86% artıb”, - Kirin qeyd edib.
O əlavə edib ki, internet-bankinqin inkişafı bankın strateji vəzifələrindən biridir, çünki "VTB Bank (Azerbaijan)" distant kanalları müştərilərə xidmət sahəsində prioritet qismində nəzərdən keçirir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət