2020-ci ildə Azərbaycanda əcnəbi miqrantlar üçün kvota 6,74 min icazə həddində müəyyən edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib.
"Əgər 2019-cu il üçün kvota 6,815 min icazə təşkil edirdisə, bu il ölkəmizdə işləmək istəyən əcnəbilər üçün 6,74 min icazə kvotası nəzərdə tutulub. Kvotada dəyişikliklər aparılmış təhlillərə uyğun olaraq həyata keçirilib. Lakin əmək miqrantlarının sayı təsdiqlənmiş kvotaya yaxınlaşacağı təqdirdə bu göstəriciyə yenidən baxılacaq", - deyə V.Hüseynov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında 931 əcnəbi Azərbaycanda iş icazəsi alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.
DMX rəisi qeyd edib ki, 2019-cu ildə Azərbaycanda 6,68 min əcnəbiyə iş icazəsi verilib, bu isə bir il əvvələ nisbətən 8% çoxdur.
2019-cu ildə Azərbaycanda işləmək icazəsi alanların əsas hissəsi - 2,355 min nəfər Türkiyə, 930 nəfər Böyük Britaniya, 449 nəfər Hindistan, 285 nəfər Rusiya, 259 nəfər İran və digər ölkələrin vətəndaşları olub.
“İş icazələri əsasən neft-qaz sektorunda, eləcə də xidmət sahəsində fəaliyyət üçün verilib. 2018-ci illə müqayisədə artım 8,4% təşkil edib. Bu, ilk növbədə, ölkədə ümumi iqtisadi inkişaf, eləcə də icazələrin verilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır", - deyə V.Hüseynov vurğulayıb.
Bundan başqa, o əlavə edib ki, Davos Forumunun son hesabatına əsasən, Azərbaycan "iş icazəsinin verilməsi" indikatoru üzrə dünyada üçüncü yeri tutub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət