Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsini dəstəkləməyə və bu prosesdə iştirak etməyə hazırdır. Bunu AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink deyib.
"Prezidentlə (Əliyevlə - İF) görüşümüz çərçivəsində qeyd olundu ki, Azərbaycan növbəti illərdə bir sıra dövlət müəssisələrini özəlləşdirməyi və ya kommersiya əsaslı etməyi planlaşdırır. Bizim bu prosesi dəstəkləmək üçün təcrübəmiz var. Biz sözügedən prosesə başlamağın münasib olduğu bir neçə müəssisəni müəyyənləşdirmişik, amma mən onların adlarını hələ açıqlamaq istəmirəm, çünki yekun razılıq əldə olunmayıb", - deyə Riqterink "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, AYİB həm maliyyə və texniki dəstək, həm də özəlləşdirilən şirkətlərin kapitalında birbaşa iştirak yolu ilə layihəyə dəstək ola bilər.
"Özəlləşdirmə hökumətin öz səhmlərinin 99%-ni satacağı IPO-nun dərhal keçirilməsinin zəruri olması demək deyil. Adətən, biz şirkəti özəlləşdirməyə hazırlamağa kömək edirik və bu, müəyyən qədər vaxt aparır. Bunu bir neçə yolla etmək olar. Bunlardan biri korporativ idarəetmənin yaxşılaşdırılmasıdır. Bəzən bu, layihələrə maliyyə dəstəyi, bəzən də kapitalda kiçik sərmayələr şəklində birbaşa iştirakımızla müşayiət olunur", - deyə bankın birinci vitse-prezidenti əlavə edib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət