Bakı Fond Birjasında (BFB) listinq və ticarət qaydalarına dəyişiklik edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
“Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində alternativ bazar seqmenti ləğv edilib. Səhm və istiqrazların listinqi üzrə 2 seqment (əsas və standart bazar seqmentləri) müəyyən edilib. Bakı Fond Birjası ilə listinq müqaviləsi olmayan və qiymətli kağızları aktiv ticarət olunmayan emitentlər listinqdən kənarlaşdırılıb və listinqdə yalnız likvid qiymətli kağızlar saxlanıb”, - deyə məlumatda bildirilir.
Birjada hesab edirlər ki, bu yanaşma gələcəkdə səhmlərlə birja indeksinin formalaşdırılmasına və səhmlərə əsaslanan törəmə maliyyə alətlərinin yaranmasına dəstək olacaq. Bu da öz növbəsində, uzunmüddətli prespektivdə həm listinqdə olan qiymətli kağızların sayının və bazar kapitalizasiyasının artmasına, habelə real sektora maliyyələşmə imkanı təqdim edən effektiv fond birjasının formalaşmasına dəstək olacaq.
“Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində qiymətli kağızların Bakı Fond Birjasında listinqə daxil edilmədən ticarətinin təşkili mümkün olacaq. Bununla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən buraxılan qiymətli kağızların fond birjası vasitəsilə yerləşdirilməsi prosedurları sadələşdirilib”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət