Azərbaycanda 1 mindən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb. Bu barədə Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramında qeyd olunur.
“Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınmışdır. Bu yataqlardan 846-sı qeyrifiliz və inşaat, 52-si filiz, 111-i isə yeraltı şirin, termal və mineral su yataqlarıdır. Hazırda bu yataqların 206-sında təqribən 500-dən çox fiziki və hüquqi şəxs istismar işləri aparır”, - martın 16-da Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi sənəddə qeyd olunur.
Dövlət Proqramına əsasən, aparılmış geoloji kəşfiyyat işləri nəticəsində Azərbaycanda 1981407 min ton xörək duzu, 244583 min ton soda üçün əhəngdaşı xammalı, 181754 min ton seolit, 184236,2 min ton bentonit gili, 141398,85 min ton gips, 79255,5 min ton şüşə xammalı yataqları aşkarlanıb.
Bundan başqa, həmçinin Azərbaycanda 38379,4 min ton kükürd, 498,1 min ton barit, 62798,5 min ton keramika xammalı, 154299 min ton dolomit, maqnezium oksidi və serpentinit, 7590 min ton kvarsit, 20540,1 min ton daş kömür, qonur kömür və kömürlü süxur, 18462,4 min ton yanar şist, 993,3 min ton mineral boya, 72907,7 min ton flyus, 218,6 min ton selitra, 2133 min ton karbonat xammalı yataqları aşkar olunub.
Eyni zamanda, Daşkəsən qrupu dəmir filizi yatağının ehtiyatı 290 milyon ton hesablanmışdır. İstismar işlərindən sonra qalıq ehtiyat 200 milyon ton, əmələ gəlmiş tullantının həcmi isə 38 milyon ton təşkil edir. Proqrama əsasən, 2025-ci ilədək həmin tullantıların səmərəli istifadəsi məsələsinin öyrənilməsi məqsədilə kompleks tədqiqatların aparılması planlaşdırılır.
“Bununla belə, gips, kaolin gilləri, seolit, dolomit, bentonit gilləri, kvarsit və digər sənaye xammalına tələbat gündən-günə artdığı üçün 2020–2024-cü illərdə dövlət sifarişləri çərçivəsində mineral xammal ehtiyatlarının axtarışı işlərinin davam etdirilməsi nəzərdə tutulur”, - Dövlət Proqramında qeyd olunur.
Bundan başqa, İqtisadiyyat Nazirliyi bələdiyyələrlə bigə sement, əhəng və yol tikintisi işləri üçün yararlı olan tullantılardan səmərəli istifadəyə dair təkliflər hazırlayacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət