Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Tibbi personal Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun mütəmadi təlimatlandırılır. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçirilərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib. Hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr, o cümlədən qoruyucu maskalar çatdırılıb və onların ehtiyatı mövcuddur”, - deyə məlumatda bildirilir.
Binaların girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar yerləşdirilib. Şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edilir və hərbi qulluqçuların gündəlik termometriyası aparılır. Hərbi hissələrdə ərzaq məhsullarının qəbulu, saxlanması və emalı prosesinə, həmçinin qida hazırlanması texnologiyasına ciddi riayət olunur. Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, polivitaminlərlə təmin olunub.
“Qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəzarət buraxılış məntəqələrində qoruyucu geyimlə təmin edilmiş hərbi qulluqçular tərəfindən daxil olan şəxslərdə temperaturun ölçülməsi üçün xüsusi termometriya qurğusundan istifadə olunur. Həmçinin nəqliyyat vasitələrinin dezinfeksiya işləri yerinə yetirilir”, - deyə məlumatda qeyd olunur.
Bu günədək Azərbaycanda koronavirusa 44 yoluxma halı qeydə alınıb. 33 nəfərin müalicəsi davam edir, 10 nəfər sağalıb, 1 nəfər dünyasını dəyişib.*
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət