Hazırda Azərbaycanda fövqəladə vəziyyət rejiminin elan olunmasına ehtiyac yoxdur. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Hələlik ölkədə fövqəladə vəziyyət rejiminin elan olunmasına ehtiyac yoxdur. Lakin, bu cür imkan istisna olunmur. Əgər Azərbaycanda vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər", - Məmmədov bazar ertəsi Operativ qərargahın brifinqində bildirib.
Səhiyyə nazirinin müavini Viktor Qasımov öz növbəsində qeyd edib ki, hazırda 1 min nəfərə yaxın şəxs karantindədir.
“Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 72 nəfər təşkil edir, onlardan 10 nəfər sağalıb, bir nəfər dünyasını dəyişib, 62 nəfər müalicədədir. Xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır. Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dir", - nazir müavini bildirib.
O cümlədən, Qasımov məlumat verib ki, Azərbaycan ərazisinə koronavirus fevralın sonu-martın əvvəlində xaricədn gələnlər tərəfindən idxal olunub.
“Lakin, artıq ölkə daxilində də yoluxma halları var. Əsas yoluxma zonası ölkənin cənubundadır, çünki ilkin mərhələdə dövlət sərhədi, xüsusilə İranla tam bağlanmamışdı”, - Qasımov bildirib.
Xəbər verildiyi kimi, bazar ertəsi Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılması təhkükəsi ilə əlaqədar 24 mart 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi elan edib.
Xüsusi karanatin rejimi çərçivəsində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.
Bundan başqa, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.
Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətləri tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir. ctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunur: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə edilir. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət