Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təşkilata üzv ölkələrin koronavirus pandemiyasına qarşı gəlmək üzrə yeni sistem hazırlayıb.
“Koronavirus ölkələrin səhiyyə sİstemlərini görünməmiş təzyiqə məruz qoyur, baxmayaraq ki, qarşısının alınması üzrə daxili tədbirlər həm tələbat, həm də təklifə təsir edir. Xarici şoklar, həmçinin xammalın qiymətinin ucuzlaşması, qiymətin yaranması zəncirinin pozulması və turizm və pul köçürmələrinin azalması bu daxili tədbirlərin təsirini gücləndirir”, - məlumatda qeyd olunur.
Bununla əlaqədar, AYİB ölkələrə virusun təsirinin öhdəsindən gəlməyə yardım məqsədilə 1 milyard avro dəyərində ilkin maliyyə paketini açıqlayıb.
“Görünür, tələbat tərəfindən iqtisadi effektlər pərakəndə xidmətərdə ÜDM-in payının çox olduğu ölkələrdə daha əhəmiyyətli olacaq, misal üçün, Litva, Polşa, Kipr, Monteneqro və Türkiyədə. Həmçinin, iş üçün müvəqqəti məhdudiyyətlər müəyyən gəlir itkilərinə səbəb olarsa, effektlər daha əhəmiyyətli ola blər: misal üçün, Mərkəzi Asiyada, Qafqazda, cənub və şərqi Aralıq dənizi ölkələrində. Xammalın aşağı qiyməti AYİB regionlarında, xüsusilə, Mərkəzi Asiya ölkələrində, Azərbaycan və Rusiyada xammal ixracatçılarına təzyiq göstərəcək”, - məlumatda deyilir.
AYİB qeyd edir ki, ölkələrin zəif şəxslər və şirkətlərin dəstəklənməsi məqsədilə fiskal tədbirlər həyata keçirmək qabiliyyəti mövcud borcun səviyyəsi və fiskal kəsirdən asılı olacaq.
“Fiskal məkan artıq bir çox ölkələrdə, xüsusilə Qafqazda, Mərkəzi Asiya və cənub və şərqi Aralıq dənizi ölkələrində məhdudlaşdırılıb. Bir neçə ölkədə xarici maliyyələşdirməyə tələbat ehtiyatlarla müqayisədə artıq yüksək səviyyədədir. Həmçinin, qeyri-işlək kreditlərin yüksək səviyyədə olduğu ölkələrdə maliyyə sistemləri böyük təzyiq altında qala bilər”, - məlumatda deyilir.
AYİB-in qiymətləndirmələrinə əsasən, Azərbaycanda səhiyyə sahəsində ÜDM-də dövlət xərclərinin payı aşağıdır (2%), əhalinin hər 100 min nəfərə həkimlərin sayı yüksəkdir (250 nəfərdən artıq). Xidmətlər sektoru üçün şoklar yüksək, əmək bazarı üçün şoklar – aşağı olaraq qiymətləndirilir. Eyni zamanda, AYİB Azərbaycanın maliyyə sistemini orta dayanıqlı hesab edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət