"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinqlər üzrə proqnoz “sabit”dən “mənfi”yə dəyişdirilib.
“Mənfi proqnoz neftin qiymətinin ucuzlaşması və COVİD-19 pandemiyasından Azərbaycanın xarici buferləri və makroiqtisadi sabitliyə birləşdirilmiş şokun iqtisadiyyata təsirini əks etdirir”, - məlumatda qeyd olunur.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan hakimiyyəti fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq mübadilə məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlamağa davam edir, bu da Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınaraq (ÜDM-in 40%-i), ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi), xarici təzyiq azalmasa “çox bahalı və qeyri-sabitdir”.
“Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən ARDNF valyuta hərraclarında $2,9 milyard, həmçinin martda - $1,9 milyard valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.
Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb ($323 milyon), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda $55 milyon təşkil edib. “AMB və ARDNF-nin valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna $49,5 milyard təşkil edir”, - məlumatda deyilir.
Eyni zamanda, agentlik depozitlərin dollarlaşması (2019-cu ilin sonuna 61%) və kreditlərin dollarlaşmasının (35%) yüksək səviyəsini qeyd edir. “2015-ci ilin böhranından sonra dollarlaşmanın səviyyəsi azalıb, lakin 2014-cü ilədək göstəricilərindən yüksək səviyyədə qalır və milli valyutanın devasiyası zamanı potensial təsiri gücləndirir”, - məlumatda vuröulanır.
“Fitch”in analitikləri hesab edirlər ki, neftin qiymətinin ucuzlaşması Azərbaycanda cari əməliyyatlar hesabının saldosunun mühüm dərəcədə pisləşməsinə gətirəcək.
“Fitch” hesab edir ki, koronavirusun yayılması və neftin qiymətinin ucuzlaşması bankların aktivlərinin keyfiyyətinə təsir göstərəcək. “Azərbaycanda banklar 2015-ci ildə devalvasiyadan sonra meydana gələn aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra hələ də bərpa olunurlar, lakin zəif olaraq qalırlar. 2017-ci ildə borcunun təkrar strukturlaşdırılmasından sonra ABB iri kapital buferləri və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə gəlirliliyə qayıtdı. Lakin, 2017-ci ildə $1,9 milyard açıq valyuta mövqeyinin azalmasına baxmayaraq, hecləşdirilməmişmövqeyi iri olaraq qalır və 2020-ci ilin fevral ayında $0,8 milyard təşkil edir”, - məlumatda bildirilir.
Agentliyin qiymətləndirmələri görə, Azərbaycan Dünya Bankının “Biznesin asan aparılması” göstəricilərində müehüm irəliləyişə nail olub, lakin iqtisadiyyatın şaxələndirilməsi məqsədilə mühüm həcmdə qeyri-neft birbaşa xarici investisiyaların cəlb olunması qabiliyyəti qeyri-müəyyən olaraq qalır.
“Fitch”in proqnozlarına əsasən, 2020-ci ildə Brent markalı neftin qiyməti bir barrel üçün orta hesabla $35 və 2021-ci ildə bir barrel üçün $45 təşkil edəcək. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət