2019-cu ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 299,8 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisindən 10,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2019-cu ildə respublikanın dəmir yolu infrastrukturunun inkişafına 1 milyard 1,3 milyon manat kapital qoyuluşu, o cümlədən 653,9 milyon manat dövlət investisiya qoyuluşu həyata keçirilib.
Ötən il ADY 10 sərnişin vaqonu, KISS markalı 2 elektrik qatarı və 11 yeni elektrik lokomotivi alıb.
2020-ci ildə Azərbaycan Dəmir Yolları 43,3 km uzunluğunda Ləki-Qəbələ dəmir yolunu istismara verməyi planlaşdırır və 57 km uzunluğunda Xudat-Şahdağ dəmir yolnuun tikintisinə hazırlıq işləri aparır.
Xəbər verildiyi kimi, 2019-cu ildə dəmir yolu ilə 15 milyon 232,7 min ton yük (2018-ci illə müqayisədə artım 9,2%) və 3 milyon 848,9 min nəfər sərnişin (artım 35,5%) daşınıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət