Amerikanın “Chevron” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindəki qeyri-əməliyyat payını Macarıstanın MOL şirkətinə $1,57 milyarda satıb.
“Chevron” şirkətinin məlumatına görə, söhbət AÇG layihəsindəki 9,57% və BTC layihəsindəki 8,9% payın satışından gedir.
“"Chevron” aktivlərin strateji və rəqbətqabiliyyətli olmasını qiymətləndirmək üçün mütəmadi olaraq qlobal portfelini yoxlayır. Bu satış aktivlərin satışı proqramımızın mühüm hisəsidir və məqsəd 2018-2020-ci llərdə $5-10 milyard məbləğində gəlirin əldə edilməsidir”, - deyə şirkətin hasilat üzrə icraçı vitse-prezidenti Cey Conson bildirib.
Sövdələşmə 2020-ci il aprelin 16-da başa çatdırılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%) və “Itochu” (3,65%), SOCAR (25%), Norveçin “Equinor” (7,27%) və Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq. Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür.
2018-ci ilin dekabr ayında “Chevron” və “ExxonMobil” şirkətləri AÇG-dəki paylarını satmağı planlaşdırdıqlarını bildiriblər. MOL 2019-cu il noyabrın 4-də “Chevron” şirkəti ilə onun Azərbaycandakı aktivlərinin alınmasına dair saziş imzalayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət