2019-cu ildə “Azərlotereya” ASC-nin gəlirləri 59 milyon 899,3 min manat, o cümlədən lotereya biletlərinin satışından gəlirləri 59 milyon 345,2 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
2018-ci ildə “Azərlotereya” ASC lotereya biletlərinin satışından 40 milyon 552,9 min manat gəlir əldə edib. Beləliklə, 2019-cu ildə gəlir 46,3% artıb.
Ötən il “Azərlotereya”nın ümumi gəlirləri 46,3% artıb.
Hesabat ilində cəmiyyətin sair gəlirləri 554,1 min manat təşkil edib.
2019-cu ildə 49 milyon 929,1 manat məbləğində bilet nağd, 8 milyon 943,9 min manat məbləğində bilet xüsusi terminallar, 472,2 min manat məbləğində bilet isə internet vasitəsilə satılıb.
“Ötən il bilet satışından əldə edilmiş gəlirin 34 milyon 814,5 min manatı (58,66%) lotereya oyunları üzrə uduş fondunun formalaşdırılmasına yönəldilib”, - deyə məlumatda bildirilir.
2019-cu ildə cəmiyyətin aktivləri 38% - 16 milyon 613,1 min manatadək, öhdəlikləri 66,3% - 8 milyon 544,8 min manatadək artıb.
Hesabat ilində “Azərlotereya”nın kapitalı 17% - 8 milyon 68,3 min manatadək, nizamnamə kapitalı 10 dəfə – 200 min manatadək artıb.
2019-cu ildə cəmiyyətin xalis mənfəəti 5 milyon 608,4 min manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 73,5% - İF) təşkil edib. Bu dövrdə “Azərlotereya” tərəfindən vergi və büdcədənkənar fondlara ödənişlər 4 milyon 465,9 min manat, mənfəət vergisi üzrə ödənişlər 1,34 milyon manat məbləğində olub.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət