2020-ci ilin sonunadək Azərbaycanın enerji sektorunda yeni SCADA sistemi tam tətbiq olunacaq. Bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdeyib.
“Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur”, - Rzayev bazar ertəsi Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışənda Azərbaycan prezidenti İlham Əliyevə məruzə edib.
Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur.B.Rzayev qeyd edib ki, bu mərkəz vasitəsilə enerji sistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur.
“Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Kompleksin yeni Laboratoriya Mərkəzi müasir səviyyədə qurulub. Burada müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar mövcuddur. Ən son model avadanlıqla təchiz olunan laboratoriyalarda geotexnika, geodeziya, inşaat, kimya, metalların və inşaat materiallarının sınağını və digər laborator işləri görmək və onları sertifikatlaşdırmaq mümkün olacaq”, - Rzayev bildirib.
Onun sözlərinə görə, bu isə öz növbəsində enerjisistemin uzunmüddətli istismarını təmin edəcək.
Öncə “Azərenerji” ASC-dən qeyd olunub ki, hazırki işlər Azərbaycanın enerji sistemində SCADA sisteminin tətbiqi üzrə işlərin ikinci mərhələsidir. Azərbaycan enerji sistemində SCADA layihəsinin birinci mərhələsi 2005-2011-ci illərdə həyata keçirilib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət