Azərbaycan Respublikasının baş naziri Əli Əsədov COVİD-19 koronavirusa yoluxma sayının artacağı halda karantin rejiminin təkrar sərtləşdirilməsini istisna etməyib.
“Hərtərəfli müzakirələrdən sonra belə fikir formalaşıb ki, aprelin 27-dən etibarən ayrı-ayrı sahələr üçün xüsusi karantin rejimini yumşaltmaq mümkündür. İlk növbədə, söhbət ticarət və xidmətlər sahəsində kiçik obyektlərdən gedir”, - Əsədov bir sıra nazirlik və idarələrin rəhbərləri ilə videokonftrans zamanı bildirib.
Onun sözlərinə görə, Operativ Qərargah tərəfindən vəziyyət nəzarət altında saxlanılacaq və buna əsasən qərarlar qəbul olunacaq. “Əgər yoluxanların sayı yenidən artarsa, o zaman Qərargah tərəfindən karantinin sərtləşdirilməsinə dair qərar qəbul edilə bilər”, - Əısədov vurğulayıb.
Baş nazir bildirib ki, pandemiya ilə mübarizədə müsbət dinamika iqtisadi fəallığın artmasına müsbət təsir göstərəcək.
Xəbər verildiyi kimi, mayın 4-dək Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir.
Lakin 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı və gübrə və aqrokimyəvi məhsulların satışı.
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.
“ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbuluASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
Azərbaycanda COVİD-19-a yoluxanların ümumi sayı 1592 nəfər təşkil edir. 21 nəfər vəfat edib, 1013 nəfər sağalıb. Hazırda 558 nəfər xüsusi rejimli xəstəxanalardadır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət