Koronavirusun yayılması ilə mübarizə çərçivəsində tətbiq olunan məhdidiyyətlər fonunda Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir (cari məzənnə ilə $70-88 milyon – İF). Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Koronavirusa görə itkilərimizi müntəzəm qaydada hesablayırıq. Söhbət çox iri məbləğlərdən gedir. Əlbəttə ki, qeyri-formal iqtisadiyyatın itkilərini hesablamaq çətindir. Lakin, bütövlükdə gündəlik itklərin məbləği təxminən 120-150 milyon manata bərabərdir”, - Cabbarov bu gün keçirilən brifinqdə bildirib.
Nazir vurğulayıb ki, hökumət qeyd olunan itkilərin ödənilməsi üçün kifayət dərəcədə ehtiyatlara maikdir və hazırki vəziyyətdə əhalinin sağlamlığı daha prioritet məsələdir.
“Həmçinin məhdudiyyətlərin tədricən yumşaldılması tədbirləri əhalinin sağlamlığı və sosial rifahı amilləri nəzərə alınaraq həyata keçirilir”, - nazir əlavə edib.
Xəbər verildiyi kimi, mayın 4-dək Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir.
Lakin 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı və gübrə və aqrokimyəvi məhsulların satışı.
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.
“ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbuluASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət