31 mart 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 218,9 milyon manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, I rübdə bankların aktivləri 1,5% azalıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 15 milyard 232,7 milyon manat (artım 2,2% - İF) təşkil edir.
2020-ci il martın 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 741 milyon manat (artım 3,4%) təşkil edir.
Mart ayının sonuna bankların öhdəlikləri 27 milyard 477,9 milyon manata (azalma 2,4%) bərabərdir. Bankların AMB qarşısında öhdəlikləri 350,7 milyon manat (artım 7,5%) məbləğində qiymətləndirilir.
Mart ayının sonuna banklarda depozit portfeli 20 milyard 586,6 milyon manat (azalma 3,5%), əhalinin əmanətləri 8 milyard 158,7 milyon manat (azalma 4,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-mart aylarında bankların ümumi xalis mənfəəti 163 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstərici ilə müqayisədə 31,6% çoxdur.
Yanvar-mart aylarında bankların faiz gəlirləri 501,6 milyon manat (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə artım 3,8% - İF), o cümlədən verilmiş kreditlər üzrə 399,3 milyon manat (artım 16,4%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 174 milyon manat (artım 19,8%) məbləğində olub.
Hesabat dövründə bankların faiz xərcləri 134,9 milyon manat (azalma 4,1%), o cümlədən depozitlər üzrə 91,5 milyon manat (azalma 1,7%), qeyri-faiz xərcləri 304,6 milyon manat (artım 22,4%) təşkil edib.
Yanvar-mart aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 217,7 milyon manat (artım 21,6%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 29,7 milyon manat (azalma 2,1 dəfə) yönəldib.
Nəticədə 2020-ci ilin I rübündə bankların vergi ödənilənədək ümumi mənfəəti 187,9 milyon manat (2019-cu ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə artım 34,8%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 24,9 milyon manat (artım 60,6%) təşkil edib.
31 mart 2020-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Mart ayının sonuna bankların 506 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,6%) və 126 şöbəsi (azalma 5,3%) var.
Azərbaycanın bank sektorunda 19,846 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 2% - İF) çalışır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət