SOCAR şirkəti OPEC+ öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində Azərbaycanda maya dəyəri yüksək olan quru neft yataqlarında istismarın dayandırılması imkanını nəzərdən keçirir. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“2020-ci ilin sonunadək SOCAR-ın “Azneft” İB-də, əməliyyat effektivliyini nəzərə alaraq, bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcəkdir. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir”, - şirkətdən bildirilir.
Həmçinin, SOCAR-dan qeyd edilir ki, hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində şirkətdə sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar.
“Hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcəkdir. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulmuşdur”, - SOCAR-dan vurğulanır.
1 yanvar 2019-cu il tarixinə Azərbaycanda 81 neft-qaz yatağı aşkar edilib. Onlardan 59 yataq işlənilir, 22 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənilməsi dayandırılıb. Həmçinin, işlənmədə olan 40 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir.
Xəbər verildiyi kimi, OPEC+ çərçivəsində öhdəliklərin azaldılması məqsədilə Azərbaycan 2020-ci ilin may-iyun aylarında şirkət kondensat nəzərə alınmadan hasilatı gündəlik 17 min barrel – 100 min barrelədək azaldacaq. 2020-ci ilin iyul-dekabr aylarında SOCAR üz rəheft hasilatı gündəlik 5 min barrel –105 min barrelədək, 2021-ci ildən etibarən daha gündəlik 6 min barrel –111 min barrelədək artırılacaq.
2020-ci il aprelin 12-də OPEC və qeyri-OPEC ölkələri videokonfrans zamanı 2020-ci il mayın 1-dən 2022-ci il aprel ayınadək neft hasilatının gündəlik kollektiv şəklində 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Eyni zamanda, birinci mərhələdə (2020-ci ilin may-iyun aylarında) OPEC+ çərçivəsində azalma gündəlik 9,7 milyon barrel təşkil edəcək.
Razılıqlara əsasən, Azərbaycan neft hasilatını kondensat nəzərə alınmamaq şərti ilə 2018-ci il oktyabr ayının göstəricisindən, yəni gündəlik 718 min barreldən azaltmağı öhdəlik götürüb. 2020-ci ilin may-iyun aylarında qeyd olunan rəqəmdən Azərbayca neft hasilatını 23%, yəni gündəlik 164 min barrel – 554 min barrelədək, 2020-ci ilin iyul-dekabr aylarında – 18% və ya gündəlik 131 min barrel – 587 min barrelədək, 2021-ci il yanvardan 2022-ci il aprel ayınadək – 14% və ya gündəlik 98 min barrel – 620 min barrelədək azaltmalıdır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət