Aprelin 27-dən etibarən Azərbaycan Mərkəzi Bankı tərəfindən müvəqqəti inzibatçılar təyin edilən “NBCBank” və “AGBank” ASC mənfi kapitala malikdir, bu banklarda vəziyyət ürəkaçan deyil. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“AGBank” və bank “NBCBank”da vəziyyət bizə qismən məlum idi, lakin bəzi məqamlara aydınlıq gətirməli idik, bu səbəbdən həmin banklarda müvəqqəti inzibatçılar təyin etdik. Lakin qeyd etmək lazımdır ki, banklarda vəziyyət heç də ürəkaçan deyil”, - Rüstəmov RealTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “AGBank”da kapital mənfi 145 milyon manat, “NBCBank”da – mənfi 23 milyon manat təşkil edir. “AGBank”da problemli kreditlərin xüsusi çəkisi 54%, “NBCBank”da – 32%, ümumi əmanətlər 280 milyon manat həcmində qiymətləndirilir.
Rüstəmov əlavə edib ki, hər iki bank uzun illərdir fəaliyyət göstərir və formalaşan vəziyyətdə özləri günahkardır.
O əlavə edib ki, Azərbaycanın bank sektorunda sağlamlaşdırma prosesi AMB üçün 2020-ci ildə prioritetlərdən biridir. “Toksik aktivlər və zəif banklar maliyyə-bank sistemi üçün risklər yaradır, xüsusilə bu gün dünyadakı mürəkkəb makroiqtisadi mühitdə. Bundan əlavə, bu həmçinin banklarda əmanətçilərə güclü sosial zərbədir. Bu səbəbdən biz həmin yığılan problemləri həll edirik”, - Rüstəmov bildirib.
O əlavə edib ki, bütövlükldə Azərbaycanın bank sistemi dayanıqlı və stabildir. “Sağlamlaşdırma bank sektorunun mövqelərini yaxşılaşdıracaq. Bu gün bizdə kapitalın adekvatlığının göstəricisi 10% norma olduğu halda 20%-i ötür. Ümumilikdə, vəziyyət dinamikdir və bank sektorunda müntəzəm qaydada qiymətləndirmə aparılır”, AMB-nin sədri qeyd edib.
“AGBank” Azərbaycanın 15 aparıcı bankından biridir.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay). **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət