Bakı 2020-ci ildə Formula-1 yarışlarının eyni zamanda iki mərhələsini qəbul etməyə hazır deyil. Bunu Baku City Circuit (BCC) şirkətinin baş icraçı direktoru Arif Rəhimov deyib.
Onun sözlərinə görə, BCC Formula 1 menecmenti ilə daimi təmasdadır və yarışların Bakıda keçirilməsi ilə əlaqədar ssenarilər üzərində düşünür.
“Öncə başlıca məsələ ölkənin karantin rejimindən çıxması və sərhədlərin açılmasıdır. Əgər yay aylarında ölkə karantində qalarsa, yarışların planlaşdırılması və keçirilməsi mümkün olmayacaq. Bu gün vəziyyətdən asılı olaraq hər hansı proqnoz vermək mümkün deyil. Şansların nə qədər yüksək olduğunu demək çətindir, lakin düşünürəm ki, Formula-1 mövsümü baş tutarsa, o zaman Azərbaycan Qran-Prisinin təqvimdə yer alması mümkündür”, - Rəhimov F1News saytına müsahibəsində bildirib.
Çempionatın eyni vaxtda iki mərhələsinin Bakıda keçirilməsi imkanını şərh edərkən Rəhimov deyib ki, bunu yalnız stasionar traslar, yəni hazır yarış infrastruktu olan avtodromlar edə bilər, orada yarışlara hazırlıq prosesi şəhər traslarından daha asan şəkildə həyata keçirilir.
“Sizə məlumdur ki, BCC trası Bakının mərkəzi küçələrindən keçir və biz hər il zəruri infrastruktur inşa etməliyik, bu da paytaxt sakinləri üçün müəyyən narahatlıqlar yaradır. Formula-1-in Bakının inkişafı üçün çox sayda müsbət amillər gətirməsinə baxmayaraq, düşünmürük ki, birdən artıq yarış qəbul edə bilərik, çünki bu bakılıların həyatlarına mənfi təsir göstərə bilər”, - Rəhimov məlumat verib.
O əlavə edib ki, hazırki mərhələdə Formula-1 ilə maliyyə məsələləri müzakirə olunmur, çünki Azərbaycanda yarış mərhələsinin keçirilib və ya keçirilməməsi ilə əlaqədar tam aydınlıq yoxdur. Onun sözlərinə görə, karantin tədbirlərinin maksimum səviyyədə aradan qaldırılmasına və Azərbaycanın sərhədləri açaraq, Formula-1 personalı və iştirakçılarını, həmçinin adi qaydada əcnəbi azarkeşləri qəbul edə biləcəyinə tam əmin olmaq lazımdır. Yalnız bundan sonra müqavilə üzrə maliyyə güzəştləri barədə məsələni qaldırmaq olar. Rəhimov qeyd edib ki, ancaq əminliklə demək olar ki, 2020-ci ildə Azərbaycan Qran-Prisi keçirilməyəcəyi halda Azərbaycan tərəfinin itkiləri olmayacaq. Bu il yarışın mərhələsinin keçirilməsi üçün ödənilən haqq gələn ilə keçiriləcək.
“Şübhəzis, biz tribunalarımızı doldurmaq istəyirik və gözləyirik ki, ölkədə karantin rejimi yumşalarsa, Avropada da yumşaldılacaq. Arxayın olduğumuz azarkeşlərin əsas hissəsi Avropa aviareyslərindən istifadə edirlər. Əgər Azərbaycan beynəlxalq reysləri qəbul edə bilərsə, o zaman Formula-1-in çoxmilyonlu azarkeş ordusu böyük sevinclə Azərbaycan Qran-Prisinə gələcək. Hətta yarışları keçirəcəyimiz halda rekord sayda azarkeşlərimizin olması mümkündür. Əfsuslar olsun ki, hətta müsbət ssenari halında, yəni yarışın payızın əvvəlində keçirəcəyimiz təqdirdə əyləncə proqramı əvvəlki illərlə müqayisədə bir qədər azaldılacaq”, - Rəhimov əlavə edib.
F-1 Azərbaycan Qran-Prisi 5-7 iyun tarixlərində keçirilməli idi. Lakin, koronavirus pandemiyası səbəbindən Qran-Prinin keçirilməsi təxirə salınıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət