Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Avropada nasizm üzərində Qələbə Mayın 8-də qeyd olunsa da, bu tarix, həmçinin Dağlıq Qarabağ bölgəsindəki qədim Şuşa şəhərinin işğalı günüdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən 20%-ni təşkil edən Dağlıq Qarabağ bölgəsi və qonşu rayonlar artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır.Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildi. Bu qətnamələrin hələ də yerinə yetirilməməsi təəssüf doğurur. Məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Bu gün yeni vəhşiliklərin qarşısını almaq üçün II Dünya Müharibəsindən əldə olunan dərsləri və Təhlükəsizlik Şurasının məsuliyyətini müzakirə edərkən Birləşmiş Millətlər Təşkilatının əsas qurumlarının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini, eləcə də bunun üçün cavabdehliliyi bir daha vurğulayırıq”, - Məmmədyarov "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı bildirib.
Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı barədə söz açan xarici işlər naziri qeyd edib ki, Azərbaycan 640 mindən çox cəsur kişi və qadınını cəbhəyə göndərdi. Onların təxminən yarısı evlərinə qayıtmadı.
Onun sözlərinə görə, qısa müddət ərzində Azərbaycan döyüş sursatı və silah istehsalına başlayıb, döyüş bölgələrindən köçürülmüş sənaye obyektlərinin fəaliyyət göstərməsinə şərait yaradıb. Müharibə dövründə Sovet İttifaqında istehsal olunan neftin 75%-i və aviasiya yanacağının 90%-ni təmin etməklə Azərbaycan müharibədə qələbəyə əvəzsiz töhfə verdi.
O cümlədən, Məmmədyarov bölgədə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən abidə və memorialların ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatlıq ifadə edib.
“Ölkəmiz BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, o, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Təəssüf hissi doğurur ki, tarixin bizə keçdiyi acı dərslərə baxmayaraq, BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər, xüsusən dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hədə və ya güc tətbiq edilməsinin qadağan edilməsi pozulmaqda davam edir və bununla da dünyanın bir çox yerində sülh və təhlükəsizliyə xələl gətirir”, - Azərbaycan XİN başçısı vurğulayıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət