2019-cu ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 214 milyon 132,7 min manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 8,4% çoxdur.
Xərclərin 29%-i – 62 milyon 1,5 min manat agentlərə komissiya haqlarının ödənilməsinin payına düşüb (2018-ci illə müqayisədə azalma 2,4%).
60,27 milyon manat (artım 30,8%) və ya xərclərin 28,1%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 16 milyon 807,9 min manat (artım 29%), sosial ayırmalar 9 milyon 608,3 min manat (artım 2,1%), icarə ödənişləri 6 milyon 300,7 min manat (azalma 5,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə sığorta sektoru reklama 6 milyon 201,6 min manat yönəldib ki, bu da 2018-ci ilin göstəricisindən 43,8% çoxdur.
2018-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə təxminən 63,5 milyon manat xərcləyib (2017-ci illə müqayisədə artım19,8%). Bütövlükdə, 2018-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 32%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət