2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 509,8 mln. sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 119,8 min nəfədaşımr (artım 11,9%), dəniz nəqliyyatı ilə 5,8 min nəfər (artım 5,5%), hava nəqliyyatı ilə 439 min nəfər (azalma 33,8%), metro vasitəsi ilə 50 mln. 855 min nəfər (azalma 34,1%) daşınıb.
Cari ilin yanvar-aprel aylarında avtomobil nəqliyyatı vasitələri ilə 457,336 mln. sərnişin (azalma 16,8%), avtobuslarla 440,016 mln. sərnişin (azalma 16,8%), taksilərlə 17,319 mln. sərnişin (azalma 18,9%) daşınıb.
Xəbər verildiyi kimi, COVİD-19 koronavirus pandemiyası səbəbindən, martın ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb. Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları mühüm dərəcədə məhdudlaşdırılıb.
Mayın 9-dan etibarən metropolitenin fəaliyyəti bərpa olunub.
Həmçinin, Bakıdan digər bölgələrə avtobus və dəmir yolu ilə sərnişindaşımalarına məhdudiyyət qüvvədədir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət