2020-ci il yanvarın 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 1 milyard 28 milyon 440,074 min manat təşkil edir ki, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Aktivlərin strukturunda pul vəsaitləri və onların ekvivalentləri 187 milyon 801,781 min manat (artım 78,2%), dövlət vekselləri 791 milyon 521,724 min manat (artım 0,1%) təşkil edir.
2020-ci ilin əvvəlinə fondun öhdəlikləri 11 milyon 81,303 min manat (azalma 5,3%) təşkil edib. 2019-cu ilin sonuna öhdəliklərin strukturunda 11 milyon 39,836 min manat kompensasiya ödənişləri üzrə öhdəliklərin (azalma 5,6%) payına düşüb.
2019-cu ilin sonuna ADIF-ə əlavə vəsait qoyuluşları 1 milyard 276 milyon 778,068 min manat (artım 0,1%) məbləğində qiymətləndirilir.
1 yanvar 2020-ci il tarixinə ümumi əməliyyat nəticələrinin mənfi qiyməti 259 milyon 419,297 min manata (azalma 22,6%) bərabər olub.
ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət