2020-ci ilin birinci yarısında Azərbaycanda pensiyaların maliyyələşdirilməsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24% artıb. Bunu bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Cari ilin 6 ayı ərzində pensiyaların ödənişinə 436 milyon manat və ya 24% çox yönəldilib”, - “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, S.Babayev AzTV telekanalına müsahibəsində bildirib.
Həmçinin, Babayev qeyd edib ki, cari dövr ərzində ünvanlı sosial yardım proqramı genişləndirilib. “Əgər cari ilin əvvəlində ünvanlı sosial yardım alan ailələrin sayı 70 min təşkil edirdisə, prezidentin sərəncamından sonra pandemiya dövründə prosedurlar sadələşdirildi, nəticədə ailələrin sayı 84 minə qədər artdı, bu da təxminən 350 min nəfər təşkil edir”, - o vurğulayıb.
Nazir əlavə edib ki, cari ilin may-iyun aylarında Azərbaycan hökuməti 300 şəhid və Qarabağ müharibəsi iştirakçılarına mənzillər, həmçinin 100 avtomobil təqdim edib.
“Pandemiya bitdikdən sonra daha 200 ailəyə mənzillər təqdim edəcəyik. Ümumilikdə, 2020-ci ildə bu kateqoriyadan olan vətəndaşlara 1,5 min mənzil və fərdi ev, o cümlədən 400 avtomobil təqdim etməyi planlaşdırırıq”, - Babayev qeyd edib.
Bundan başqa, sosial infrastrukturun genişləndirilməsi çərçivəsində ilin sonunadək əlilliyi olan şəxslər üçün 8 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Nəticədə, nazirin sözlərinə görə, cari ilin 6 ayı ərzində pensiya və müavinətlər daxil olmaqla, sosial ödənişlərin ümumi həcmi 3 milyard manata yaxın təşkil edib. “Bu, koronavirus pandemiyasına görə 600 milyon manat əlavə alan əhalinin 48%-ni əhatə edir”, - nazir vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət