Hesablama Palatası 2020-ci ilin yanvar-iyun ayı ərzində 9 audit yoxlama və monitorinq həyata keçirib. Bu barədə Palatanın birinci yarımilikdə fəaliyyətinə dair məlumatında qeyd olunur.
“Cari ilin İş planına uyğun olaraq hesabat dövründə 2-si monitorinq, 2-si analitik fəaliyyət və 18-si audit formasında dövlət maliyyə nəzarətinin başlanılması ilə bağlı qərarlar qəbul edilmişdir. COVİD-19 pandemiyası səbəbindən hesabat dövründə 2 monitorinq və 7 audit yoxlama aparılıb”, - Palatadan bildirilir.
Aparılmış auditlərin nəticələri üzrə büdcə vəsaitlərinin istifadəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməməsi səbəbindən 3 milyon 300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunmuş, qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərin nəticəsində 1 milyon 521,4 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpası təmin edilmişdir.
Hesablama Palatası hesabat dövründə 2019-cu il və əvvəlki illər üzrə İş planına əsasən başa çatdırılmış nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün həyata keçirilmiş addımları da izləmişdir. Belə ki, ötən il görülmüş tədbirlərlə yanaşı, hesabat dövründə 1 milyon 287,4 min manat vəsait müvafiq qaydada bərpa olunmuşdur.
Beləliklə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə 2 milyon 808,8 min manat məbləğində vəsaitin bərpası təmin edilib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət