2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 18,4 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,2% artıb, neft sektorunda 2,8% azalma müşahidə olunur.
Bu dövrdə sənaye məhsulunun 61,6%-i mədənçıxarma sektorunda, 32,1%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1%, kompüter, elektron və optik məhsulların istehsalı 66,6%, sair nəqliyyat vasitələrinin istehsalı 57,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,9%, kağız və karton istehsalı 21,3%, kimya sənayesi məhsullarının istehsalı 20,5%, tütün məmulatlarının istehsalı 16,3%, maşın və avadanlıqların istehsalı 16,2%, geyim istehsalı 6,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,1%, elektrik avadanlıqlarının istehsalı 3,8%, neft məhsullarının istehsalı 0,8% artıb.
Yanvar-iyun aylarında toxuculuq sənayesi məhsullarının istehsalı 0,5%, qida məhsullarının istehsalı 1,1%, içkilərin istehsalı 3,8%, mebel istehsalı 5,2%, poliqrafiya məhsullarının istehsalı 6,2%, tikinti materiallarının istehsalı 10,4%, hazır metal məmulatlarının istehsalı 13,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 12,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət