2020-ci il iyulun 1-nə Azərbaycanda 150,555 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
I yarımillikdə 4,563 min hüquqi şəxs qeydiyyatdan keçib, 241 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2020-ci il iyulun 1-nə respublikada 11,355 min kənd təsərrüfatı (artım 1,5%), 8,101 min təkrar emal (artım 1,4%), 14,081 min tikinti müəssisəsi (artım 2,6%) fəaliyyət göstərir.
Bundan başqa, iyun ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 42,226 min (artım 3,6%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,818 min (artım 0,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,095 min (artım 4%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 7,516 min (artım 6%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,875 min (artım 4,1%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,132 min hüquqi şəxs (artım 2,3%) qeydiyyata alınıb.
İyulun 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 138,135 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 91,8%-i) özəl müəssisələrin, 12,01 min hüquqi şəxs xarici, 2,963 min hüquqi şəxs birgə müəssisələrin, 10,695 min hüquqi şəxs (7,1%) dövlət müəssisələrinin, 1,725 min hüquqi şəxs (1,1%) bələdiyyə müəssisələrinin payına düşür.
Bundan başqa, 2020-ci ilin iyulun 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 983,802 min fiziki şəxs qeydiyyatdan keçib. 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 7,6% artıb.
Kənd təsərrüfatı sahəsində 293,609 min, emal sənayesi sahəsində 20,999 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 223,914 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 4,021 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 14,896 min, inzibati və yardımçı xidmətlər sahəsində 20,31 min, tikinti fəaliyyəti ilə 18,446 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 42,918 min, nəqliyyat və anbar təsərrüfatı ilə 101,89 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 13,933 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət