30 iyun 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 541 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-iyun aylarında bankların aktivləri 6,7% azalıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 169,8 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,9%) təşkil edir.
2020-ci il iyun ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 602,6 milyon manat (artım 0,4% - İF) təşkil edir.
İyunun sonuna bankların öhdəlikləri 25 milyard 938,4 milyon manata (azalma 7,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 382,4 milyon manat məbləğində (artım 17,3%) qiymətləndirilir.
İyunun sonuna banklarda depozit portfeli 19 milyard 381,7 milyon manat (azalma 9,1%), əhalinin əmanətləri 7 milyard 592,3 milyon manat (azalma 10,8%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 371,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 14,2% azdır.
Yanvar-iyun aylarında bankların faiz gəlirləri 954,7 milyon manat (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 0,8% - İF), o cümlədən verilmiş kreditlər üzrə 758,5 milyon manat (artım 9,6%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 319,5 milyon manat (azalma 12,3%) məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 241,2 milyon manat (azalma 14,2%), o cümlədən depozitlər üzrə 154,4 milyon manat (azalma 17,8%), qeyri-faiz xərcləri 569,3 milyon manat (artım 1,7%) təşkil edib.
Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 430,4 milyon manat (artım 3,8%) təşkil edib.
2020-ci ilin yanvar-iyun aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 452,6 milyon manat (azalma 3,2%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 80,9 milyon manat (artım 2,4 dəfə) təşkil edib.
30 iyun 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
İyunun sonuna bankların 440 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 13,6%) və 117 şöbəsi (azalma 12%) var.
Azərbaycanın bank sektorunda 18,4 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5,4% - İF) çalışır.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət