Energetika Nazirliyi 2024-cü ildə "Şahdəniz" yatağından qaz hasilatını 25 milyard kubmetrdən artıq səviyyədə proqnozlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 mlrd. kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, Cənub Qaz Dəhlizi (CQD) tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını 16 mlrd. kubmetrlik qaz həcmləri ilə təmin edək", - Şahbazov cümə günü ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbinin açılışında "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərkən bildirib.
O, həmçinin məlumat verib ki, 2018-ci ildən aetibarən Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə 6 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.
"CQD layihəsinin sonuncu seqmenti yekunlaşmaq üzrədir. Beləliklə, Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi – yəni Cənub Qaz Dəhlizi ilə çatdırılacaq", - nazir vurğulayıb.
Həmçinin, Şahbazov məlumat verib ki, 2006-cı ilin dekabr ayında işlənməsinə başlanan “Şahdəniz” yatağından ümumilikdə 127 milyard kubmetr qaz və 20 milyon tona yaxın kondensat hasil olunub. **
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət