Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin tikinti layihəsini hazırlayacaq.
www.tender.gov.az saytının məlumatına əsasən, FHN-nin yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 637,647 min manatdır.
Xəbər verildiyi kimi, MİDA Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin layihələndrilməsinə dair tender elan edib. Tender Hövsan qəsəbəsinin qərbində 18,81 hektar ərazidə yeni yaşayış kompleksinin layihələndirilməsini nəzərdə tuturdu.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.
Hövsan qəsəbəsində ikinci yaşayış kompleksi 20 hektarlıq ərazidə inşa edilib. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından (7-si 7 mərtəbəli və 18 bloklu, 4-ü 10 mərtəbəli və 1 bloklu) ibarətdir.
Bu binalardakı 3,002 min mənzildən 280-ni birotaqlı, 1481-i ikiotaqlı, 940-ı üçotaqlı, 301-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli vəziyyətdədir və mətbəx mebeli ilə təchiz olunub.
Kompleksdə 260 yerlik iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi, ticarət mərkəzi və xəstəxana tikilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət