Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklərə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (2020-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə azalma 0,1%), xərcləri 27 milyard 492,2 milyon manat (artım 2,2%) təşkil edəcək.
Nəticədə 2020-ci il dövlət büdcəsinin kəsiri daha əvvəl təsdiq edilmiş 2 milyard 760,2 milyon manata qarşı 3 milyard 368,2 milyon manatadək və ya ÜDM-nin 4,9%-dək artıb.
Dövlət büdcəsinə yenidən baxılması nəticəsində büdcə gəlirləri neftin bir bareli $35 (daha əvvəl bir barel üçün $55 idi) olmaqla hesablanıb.
Gəlirlərin strukturunda 13 milyard 990 milyon manat (58%) neft sektorundan daxilolmaların, 10 milyard 134 milyon manatın (42%) isə qeyri-neft sektorundan daxilolmaların hesabına təmin ediləcək.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 190 milyon manat (daha əvvəl təsdiq edilmiş proqnozla müqayisədə azalma 8,7%), Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 3 milyard 830 milyon manat (azalma 4,3%) məbləğində nəzərdə tutulub.
2020-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 12 milyard 200 milyon manatadək (daha əvvəl təsdiq edilmiş göstərici ilə müqayisədə artım 7,5%) artırılır, qalan məbləğ digər mənbələrdən gəlirlərin payına düşür.
Səhiyyə sahəsinə xərclər 25,4% - 1 milyard 716,6 milyon manatadək, Prezidentin Ehtiyat Fondunun vəsaitlərinin 60% - 480 milyon manatadək, iqtisadi və digər islahatlarla bağlı xərclər 18% - 1 milyard 231,08 milyon manatadək artırılıb.
Dəyişikliklərə əsasən, COVİD-19 pandemiyası səbəbindən səhiyyə sahəsinə əlavə 369 milyon manat, əhalinin sosial müdafiəsinə 238 milyon manat, dövlət şirkətlərinin dəstəklənməsinə 136,6 milyon manat, biznesə dəstəyə 100 milyon manat yönəldiləcək.
Beləliklə, qeyd olunan 4 istiqamət üzrə əlavə maliyyələşmənin həcmi 843,6 milyon manat və ya $496,2 milyon təşkil edəcək.
Bütövlükdə, dövlət büdcəsinə yenidən baxılması nəticəsində müxtəlif istiqamətlər üzrə əlavə maliyyələşmənin həcmi 1 milyard 371,5 milyon manat, o cümlədən ölkənin müdafiə qabiliyyətinin artırılması üçün əlavə xərclər 465 milyon manat təşkil edəcək. Lakin paralel olaraq dövlət büdcəsi xərclərinin digər maddələri üzrə 774 milyon manat məbləğində vəsaitə qənaət edilməsi planlaşdırılır ki, bu da əlavə tədbirlərin maliyyələşdirilməsi üçün bir qədər az həcmdə vəsait tələb edəcək.
2020-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun həcmi 4 milyard 909 milyon manat səviyyəsində qalacaq. Digər istiqamətlər üzrə xərclərin bir qədər azaldılması planlaşdırılır.
Dəyişikliklərə əsasən, 2020-ci il üçün Azərbaycanda ÜDM-nin 5% azalacağı proqnozlaşdırılır.
ÜDM-nin yenidən baxılmış nominal həcmi 68 milyard 339,9 milyon manat məbləğində proqnozlaşdırılır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət