Azərbaycan və İranın energetika nazirləri sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat verir.
Bu məsələ energetika naziri Pərviz Şahbazovla İranın energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş zamanı müzakirə olunub.
Həmçinin, məlumatda elektrik enerjisi stansiyanın parametrləri və tikinti müddəti qeyd olunmur.
Görüşdə Pərviz Şahbazov “Azərenerji” ASC ilə İranın “Tavanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirib.
“O cümlədən, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb”, - məlumatda qeyd olunur.
Həmçinin, tərəflər Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib. “Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivləri müzakirə olunub”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət