2020-ci ilin yekunları üzrə Azərbaycan hökuməti tədiyə balansının cari əməliyyatlar hesabının kəsirini $1 milyard 539,6 milyon səviyyəsində və ya ÜDM-in 3,7% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilir.
Hökumətin proqnozlarına əsasən, 2021-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $1 milyard 377,2 milyon və ya ÜDM-in 3,1%-ni, 2022-ci ildə - $518,5 milyon və ya ÜDM-in 1,1%-ni təşkil edəcək.
Həmçinin, proqnozlara əsasən, 2023-cü ildən başlayaraq, cari əməliyyatlar hesabının kəsiri profisitlə əvəz olunacaq və $724 milyon və ya ÜDM-in 1,4%-ni təşkil edəcək. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 193,2 milyon və ya ÜDM-in 2,3%-ni təşkil edəcək.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə əsasən, tədiyə balansı ilə əlaqədar vəziyyət əksər halda dünya bazarlarında neftin qiymətindən asılı olacaq.
Xəbər verildiyi kimi, 2020-ci ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $643,6 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
2019-cu il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 mlrd. 364,9 mln. təşkil edib və ya ÜDM-in 9,1%-nə bərabər olub. ** A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət