“Worldfood Moscow 2020” beynəlxalq sərgisində Azərbaycanı 30-a yaxın şirkət təmsil edir. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bu gün öz işinə başlayan sərgidə 30-dək Azərbaycan şirkətinin nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, meyvə quruları və distilyatları, kompot, limonad və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir”, - deyə məlumatda bildirilir.
Azərbaycan istehsalı olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilmiş bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, sahibkarlarımız və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub.
Belə ki, ötən il Rusiyada təşkil olunmuş 2 beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 milyon manat dəyərində müqavilə bağlayıb.
“İndiyədək bu müqavilələr üzrə 10,7 milyon manatdan çox məhsul ixrac olunub”, - deyə məlumatda qeyd olunur.
Bu il fevralın 10-14-də Moskvada təşkil edilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində isə 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi nəticəsində Azərbaycan məhsullarının ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalanıb və artıq 10 milyon manatdan çox məhsul ixrac edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət