Qarabağ erməniləri Azərbaycan kəndlərinin işğaldan azad olunması xəbərini sevinclə qarşıladılar. Qarabağda azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllini çoxdan gözləyirlər. Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.
“Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin bir hissəsini və strateji mühüm yaşayış məntəqlərini azad etdiklərini biləndə göz yaşlarımı saxlaya bilmədim. Biz, Qarabağ erməniləri, burada Azərbaycan xalqı ilə yenidən sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün münaqişənin həllini çoxdan gözləyirik”, - Ağacanov «İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, separatçı rejim anlamalıdır ki, Qarabağ ermənilərinin heç də hamısı Azərbaycana qarşı təcavüzü dəstələmirlər.
“Əksər qarabağlılar məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini arzu edirlər və mən onları təlaşa qapılmamağa çağırıram. Bu səbəbdən Qarabağın əhalisini Ermənistan silahlı qüvvəllərindən fərqli olaraq dinc mülki əhali ilə döyüşməyən Azərbaycan Ordusunun müraciətinə anlayışla yanaşmağa çağırıram”, - Ağacanov Azərbaycan Ordusunun Dağlıq Qarabağın erməni əhalisinə müraciətini şərh edrkən bildirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağın erməni əhalisinə müraciəti yayılıb. Müraciətdə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən hərbi əməliyyatlar zamanı mülki əhaliyə zərər yetirilməyəcək. Buna görə, mülki əhalisakit ola bilər.
“Azərbaycan Ordusu dinc əhali ilə döyüşmür, onun məqsədi işğalçı qoşunların qovulması və Qarabağ torpaqında sülhün bərqərar olmasıdır”, - Ağacanov əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət