Moskva Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olması ilə bağlı Türkiyənin mövqeyi ilə razı deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Türkiyənin səsləndirdiyi və prezident Əliyevin də bir neçə dəfə söylədiyi mövqe ilə razı deyilik. Münaqişənin hərbi yolla həll edilməsinin mümkünlüyü barədə bəyanatlarla razı deyilik. Təəssüf ki, Türkiyə bunu edə bildi və təsdiq etdi ki, o, bu münaqişənin həlli üçün Azərbaycanın atacağı istənilən addımı dəstəkləyəcək", - deyə nazir Rusiya radiostansiyalarına müsahibəsində bildirib.
Lavrov xatırladıb ki, son vaxtlar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə dəfələrlə təmasda olub. Rusiya tərəfi Ankara ilə müxtəlif səviyyələrdə əlaqə saxlayır.
"Biz öz nöqteyi-nəzərimizi müdafiə edirik ki, sülh yolu ilə nizamlanma nəinki mümkündür, həm də bu problemin dayanıqlı həllini təmin etmək üçün yeganə vasitədir", - deyə o vurğulayıb.
"Biz heç vaxt Türkiyəni strateji müttəfiqimiz kimi qiymətləndirməmişik, o, tərəfdaşdır. Çox sıx tərəfdaş. Bir çox istiqamətlərdə bu tərəfdaşlıq strateji xarakter daşıyır", - deyə XİN başçısı əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət