2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 3,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin 8 ayının yekunları üzrə ÜDM 3% azalıb.
Yanvar-sentyabr aylarında ölkədə 52 milyard 74 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4%, neft-qaz sektorunda isə 6,4% azalıb.
ÜDM istehsalının 34,7%-i sənaye, 11,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, qalanı digər sahələrin payına düşüb.
9 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 5222,5 manata bərabər olub.
Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-in 2,9%-4,3% azalacağını proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
N.Abbasova
Bakı Simonyanı təxribatçı bəyanatlar səsləndirməkdən çəkinməyə çağırıb
Laçın xəstəxanasının müvəqqəti binasının əsaslı təmirinə 3,1 milyon manat yönəldiləcək
Azərbaycan və Türkmənistan sənaye, energetika və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək
Abşeronda məktəbin əsaslı təmirinə 6,1 milyon manatdan artıq vəsait yönəldiləcək
DB 2025-ci ildə Xəzər dənizi ilə bağlı tədqiqatları başa çatdırmağı planlaşdırır
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə təbiətə 6 milyon manatdan çox ziyan vurulub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Stoltenberq: NATO ölkələri Ukraynanı NATO-ya üzvlük yolunda dəstəkləyir
Simonyan: “Ermənistan Aİİ-nin sammitində iştirak etməlidir”
ABŞ İsraili Qəzzanın cənubunda əhalinin yerdəyişməsinə yol verməməyə çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb
Yelo Bank-da Ümummilli liderə həsr olunmuş konsert keçirilib
Bank Respublika Naxçıvanda aztəminatlı ailələrə dəstək oldu!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək